Ölkə

Bacısının yanına tətilə gəldi, ƏRİNİ ÖLDÜRDÜ

Türkiyənin Adana şəhərinə tətilə gələn şəxs bacısı ilə pis rəftar etdiyi üçün yeznəsini tapança ilə vuraraq öldürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, polis tərəfindən yaxalanan qətl şübhəlisi ilk ifadəsində “Söhbət etmək üçün görüşdük, dava çıxanda bu oldu. Peşman oldum” deyib.

İstanbuldan Adanaya tətilə gələn Mehmet Kuş bacısına qarşı zorakılıq edən yeznəsini öldürüb. Polisin keçirdiyi əməliyyat zamanı şübhəli həbs edilib.

İddiaya görə, 33 yaşlı Faruk Soyyiğit həyat yoldaşı T.S.-ə şiddət tətbiq edib.

İstanbuldan Adanaya tətilə gələn Mehmet Kuş bacısına qarşı pis rəftar edən yeznəsi  Faruk Soyyiğitlə məhəllənin bir küçəsində qarşılaşıb. İkili arasında mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı Mehmet Kuş bacısının əri Soyyiğiti tapança ilə vuraraq qaçıb.

Yaralanan Soyyiğit qanlar içində yerə yıxılıb. Xəbər verildikdən sonra əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları Soyyiğiti xəstəxanaya aparsa da, müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button