Ölkə

Bağ evlərinin cib yandıran kirayə qiymətləri

“Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərin bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım müşahidə olunur”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu sözləri bizim.media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O, bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14.000 manat arasında dəyişir. 

Orta qiymətin isə 3000-3.500 manat arasında dəyişdiyini söyləyən ekspertin sözlərinə görə, bu qiymətlər daha çox hovuzu olan, dənizə yaxınlığı ilə seçilən, digər infrastrukturlara malik evlərə aiddir:

“Adi bağ evlərinin kirayə haqqı isə təxminən 700-1000 manat arasında dəyişir ki, bu da ötən illə müqayisədə 15-20 faiz çoxdur. Bu da onunla bağlıdır ki, ölkənin quru sərhədləri bağlı olduğu və təyyarə uçuşları baha olduğu üçün vətəndaşlar xarici ölkələrə gedə bilmirlər. Buna görə də ya regionlarda, ya da paytaxtın müxtəlif yerlərində dincəlməyə üstünlük verirlər. Ötən il 700 manata olan bağ evlərini bu il 1000 manata, 1000 manata təklif olunan bağ evlərini isə bu il 1200-1300 manata təklif edirlər”. 

R.Qasımzadə, ötən il daha yüksək qiymətə təklif olunan bağ evlərində isə cari ildə elə də ciddi artımın qeydə alınmadığını diqqətə çatdırıb: 

“Belə ki, ötən il aylıq kirayə dəyəri 5.000 manatdan yuxarı olan bəzi bağ evləri bu il də eyni qiymətə təklif olunur. Ona görə ki, bu il həmin evlərə tələbat elə də yüksək deyil. Bu gün əsas tələbat qiyməti 1000-2500 manat arasında dəyişən evlərlə bağlıdır. Bu da onunla əlaqədardır ki, həmin evin hovuzu və digər infrastrukturları var və kirayəşinlər rahat şəkildə dincələ bilirlər”. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button