Siyasət

Bağlı qapılar arasında çarəsizlik – İndi də BMT platformasından istifadə edilir

Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xələl gətirən davranışlara davam edir. Təxribat xarakterli hərəkətləri ilə daim diqqət çəkən Ermənistan indi də BMT platformasından istifadə etməyə başlayıb. Açıq debatlarda Azərbaycana böthan atmağa çalışan Ermənistan nəticəsizlik ilə üzləşməmək üçün bu dəfə fərqli üsul seçib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin məlumatında bildirib ki, avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında təxribat xarakterli gizli tədbir keçirib. Hətta, onlar iclas otağının qarşısında mühafizə də qoyublar. İclasa qərəzli ekspertlər dəvət olunub, kiçik qrup ölkələri iştirak edib. 

Halbuki, BMT-nin divarları daxilində ictimai müzakirələr qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda açıq formatda, keçirilir. Bu barədə üzv dövlətlər tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirilir.

Erməni diplomatların seçdiyi format bu Təşkilatın məqsədləri ilə bir araya sığmır. Hətta, BMT Katibliyi konfrans zalının məlumat ekranında, xüsusi qeyddə bu tədbirin BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.

Dünya təşkilatının platformasından sui-istifadə edən Ermənistanın bu gizli tədbiri keçirməkdə məqsədinin dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək olduğu aydın məsələdir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasında açıq müzakirələr zamanı layiqli cavab aldıqdan sonra bu cür meyillərinin daha da artması təsadüf deyil. Niyyəti bəlli olan Ermənistanın Daimi Nümayəndəliyinin görünür bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi qalmır.

Bəxtiyar Umarlı

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button