Ölkə
Bakı-Ələt yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ
Bakı-Ələt yolunda sürət həddini xatırladan, müasir standartlara uyğun lövhələr quraşdırılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən lövhələr artıq Müşfiqabad yolunda və digər bir neçə ərazidə quraşdırılıb.
Lövhələrin yaddaşına sözügedən yolda təyin edilən sürət həddi yerləşdirilir.
Sürücülər avtomobili bu sürət həddi daxilində idarə etdiklərində lövhədə gülüş, sürət həddini keçdiklərində isə qəzəb emojisi canlanır.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun