Ölkə

Bakı Fond Birjasının rəsmiləri Milli Mətbuat günü münasibətilə media nümayəndələri ilə görüşüb

Bakı Fond Birjasının (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov və Baş kommersiya inzibatçısı Oqtay Qasımov Milli Mətbuat günü münasibətilə ölkənin aparıcı mətbuat nümayəndələri ilə səhər yeməyi formatında görüş təşkil edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Görüş media vasitəsi ilə ictimaiyyətə maliyyə bazarlarına aid dəqiq və əhatəli şəkildə məlumat verərək ticarətdə iştirak edən bazar iştirakçıları ilə ictimaiyyət arasındakı məlumatların əlçatanlığını təmin etmək məqsədi daşıyıb.

Qeyri-rəsmi formatda baş tutan görüş əsnasında kapital bazarı haqqında ictimaiyyətin məlumatlandırılması, kapital bazarlarına qarşı əhalinin etimadının artırılması, dələduzluqla mübarizə təşəbbüslərinin dəstəklənməsində medianın əsas rolu və digər mövzular səsləndirilib.

İnteraktiv formada keçirilən görüşün sonunda birja rəsmiləri KİV nümayəndələrinin suallarını cavablandırıb, gələcək əməkdaşlıqlar üçün səmimi təşəkkürlərini bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button