Ölkə

Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü

“Dərnəgül” – “Həzi Aslanov” metro stansiyaları istiqamətində vaqonun qapısında yaranmış nasazlıq səbəbindən dörd dəqiqəlik yubanma yaranıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Milli.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub və bu səbəbdən maşınist qapıya baxış keçirib. Lakin Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatarı verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – o qeyd edib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button