Ölkə

Bakı Parisə yardım təklif etdi: Makron razılaşacaq?

Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda “vasitəçilik” adı altında erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri fonunda Bakının “siyasi şilləsi” kimi bir şeydir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı ciddi müqavimət yaşanır və onun boşalan yerini Rusiya və Çin, eyni zamanda, Türkiyə tutmağa çalışır:

“Hərçənd, Azərbaycanın bu prosesdə izlədiyi siyasət xüsusilə diqqət çəkir: Fransa müstəmləkəsinə müqavimət göstərən ölkələrin toplantısına ev sahibliyi edir və bununla Bakı həm geosiyasi proseslərdə mərkəzlərdən birinə, həm də Afrika uğrunda mübarizə aparan güclər üçün cəlbedici tərəfə çevrilir; bu addımı Qoşulmama Hərəkatının sədr ölkəsi kimi atmaqla təşkilatın nüfuzunu da gücləndirir.

Və ən əsası bu, Afrikada Fransa müstəmləkəsinə qarşı “sakit inqilaba” ev sahibliyi edən Bakının Parisə qarşı demarşdır. Rəsmi Parisin geri çəkiləcəyi, yaxud vasitəçilik təklifi ilə razılaşacağı ehtimalı azdır, halbuki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bunu uğurla həyata keçirə bilər”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button