Ölkə

“Bakı payızı-2023. 35 il sonra” müsabiqəsinin möhtəşəm qala-konserti keçirildi – VİDEO

Heydər Əliyev Sarayında “Bakı payızı-2023. 35 il sonra” müsabiqəsinin möhtəşəm qala – konserti keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş layihə Best Cast Talent Agency & Golden Arts entertainment, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi ilə həyata keçirilib. Baş sponsor – Nizami Boutique House. Layihənin müəllifi, bədii rəhbəri və rejissoru Sevinc Kərimova, musiqi prodüseri – bəstəkar Mikayıl Vəkilov, Baş prodüser Səbinə Həsənovadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Açılışda Azərbaycanın mədəniyyət nazirin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi sədrinin müşaviri Emin Rüstəmov, Azərbaycan Televiziyasının proqram direktoru Emin Hüseynov, münsiflər heyətinin üzvü, Əməkdar artist Emil Əfrasiyab, TMB Media-nın kreativ direktoru Surxay Əsgərov, FMG şirkətinin direktoru İlham Allahverdiyev çıxış ediblər. Gecənin aparıcısı Tural Əsədovdur.

Bildirilib ki, “Bakı payız-2023” müsabiqəsi bu ilin ən gözəl tarixi hadisələrindən biri kimi yaddaşlarda qalacaq. Onun özəlliyi ondan ibarətdir ki, bu, təkcə vokal deyil, həm də beş janrı təmsil edən böyük bir yarışma idi. Müsabiqədə xaricdə yaşayan soydaşlarımız da iştirak ediblər. Müsabiqə müxtəlif janrların inkişafına təkan verəcək, gənclərin zövqünün formalaşmasında mühüm rol oynayacaq, iştirakçılara beynəlxalq arenada uğur qazanmağa kömək edəcək.

Daha sonra mükafatlandırma mərasimi keçirilib.

“Vokal” janrında birinci yeri Anar Ağayev, ikinci yeri Aliyə Əliyeva, üçüncü yeri Əli Muradov və Leyla Quliyeva tutub.

“Qruplar” – birinci yer H3 collective, ikinci – Sabah, üçüncü – Glass və Portage – dir.

“Xoreoqrafiya” – birinci yer Nero qrupu, ikinci – Stefaniya-Rauf, üçüncü – Alexander və Svetlana Barkovlar.

“Bəstəkar” – birinci yeri Səbinə Mirzə, ikinci yeri Fidan Mir- Qədirova, üçüncü yeri Elgün Nəsibli tutur.

“Orijinal janr” – Show 1 Baku.

Fəxri diplomlarla qeyd olundu:”Fəal iştiraka görə” – müsabiqənin aparıcıları Rəşid Mikayılov və Fidan Ələkbərova,”Sosial şəbəkələrdə ən yaxşı təbliğata görə” – Elxan Xələfov.

Konsert proqramı “Bakı payız 2023” himninin iştirakçıları tərəfindən Ülker Mürsakulovanın sözləri və Mikayıl Vəkilovun musiqisi ilə başlayıb.

“Bakı payızı-2023″ qala-konserti. 35 il sonra” tamaşaçının zaman və məkanda musiqi səyahətinə  getdiyi fantastik şou oldu. Müasir işıq effektləri və 3D-tərtibatla müşayiət olunan musiqi sədaları altında mim (Əli Əlizadə) obrazı ilə birlikdə dar küçələri ilə köhnə Bakıya, əzəmətli piramidaları olan qədim Misirə, İtaliyaya, Amerikaya və digər yerlərə köçürülüb, sonra yenidən doğma Xəzərin sahillərinə qayıdıblar… Tamaşaçılar həm yeni hitləri, həm də köhnələrini yeni aranjimanda eşitdilər. Üstəlik, Mikayıl Vəkilov da daxil olmaqla 16 yeni müəllif mahnısı təqdim edildi. Bəzi nömrələrdə Xalq artisti Faiq Ağayev, məşhur ifaçılar İlqar Xəyal və Abbas Əhməd iştirakçılarla çıxış ediblər. Yeni aranjimanda Xalq Artisti Alim Qasımova və The Voice (France) telemüsabiqənin iştirakçısı Araz Hümbətlinin duetində “Xəzərin sahilində” hit mahnısı təqdim olunub. Sevinc Kərimova və Mikayıl Vəkilova ailə cütlüyünün yeni qrupu 4th D Vokal Kvarteti təqdim edildi. Tamaşalar xoreoqrafik nömrələrlə müşayiət olundu, bunların arasında Lenay Seyidəlizadənin rəhbərlik etdiyi “Gülüstan” rəqs qrupu da var idi, argentinalı rəqqas Hernano Ohakonu axşam tamaşasına dəvət eilmişdir. Hər nömrə, hər mahnı və kompozisiya teatr tamaşası, sehrli musiqili idi!

Axşam bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun Malik Fərruxun sözlərinə “Azərbaycanım” mahnısının xoreoqrafik çıxışları və tamaşaçıların alqışları ilə müştərək ifası ilə başa çatdı.

İnformasiya dəstəyi – Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button