Mədəniyyət

Bakı Piano Festivalı gənc istedadların parlaq konserti və musiqi mövzusunda rəsm sərgisi ilə yadda qaldı – VİDEO

Bakı Piano Festivalının tamaşaçıları tərəfindən Kamera və Orqan Musiqisi zalında gənc istedadların parlaq konserti və musiqi mövzusunda rəsm sərgisi ilə yadda qaldı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“We are the future” adlı konsert gənc nəslin ən istedadlı və perspektivli musiqiçilərinin çıxışıdır. Bəziləri üçün bu konsert onların debütü idi.

Gənc musiqiçilər Aytən Nağızadə, Raniyə Rzayeva, Əbdürrəhman Rzayev, Çarlz Neylor, Hüseyn Haqverdizadə, Adnan Kərimli, Mədinə Paşayeva, Məryəm Axundzadə, İsa Bağırov, Ramal Hüseynov, Cavad Məmmədov, Hüseyn Kərimov və Mirsəməd Növrəsli klassik, folklyor və caz kompozisiyalarını izdihamlı zalın qarşısında ifa ediblər. Çıxışlar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button