Ölkə

Bakı-Quba yolunda ağır qəza, ölən var

Sentyabrın 29-da Bakı-Quba-Rusiya sərhədi yolunun 105-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR ilə “Ford Transit” markalı yük avtomobilinin toqquşduğu hadisənin görüntüləri yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülər qəzanın dəhşətini göstərir.

Belə ki, zərbənin gücündən TIR aşaraq bir neçə yerə parçalanıb. 

Hadisə nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerində ölüb, sərnişinlər – 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button