Bakı və İrəvan razılaşıb, Rusiya mane ola bilməyəcək
Aprelin sonunda Tiflisdə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumat var.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına açıqlamasında deyib.
“Onlar orda nəyi müzakirə ediblər? Hansı kommunikasiya layihələrini? Bilinmir. Müxtəlif versiyalar irəli sürmək olar, o cümlədən Ermənistan ola bilsin ki, Azərbaycandan qaz alması müqabilində Mehridən keçən eksterritorial dəhlizin fəaliyyətinə hansısa yolla razılıq verib”, – ekspert bildirib.
Onun sözlərinə görə, bu qərar beynəlxalq oyunçular, o cümlədən BMT tərəfindən birbaşa dəstəklənir:
“Rusiya və İran da öz növbəsində bunu nəzərə alıb və bu qərara təsir etmək iqtidarında deyil”.
Areşevin fikrincə, İranın reaksiyası diplomatik fəaliyyətə və Bakı ilə mümkün danışıqlara uyğun olacaq:
“Qətiyyətli addımlara gəlincə, İranın bir çox başqa problemləri var, Tehran üçün Cənubi Qafqaz regionunda sabitlik vacibdir”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun