Ölkə

Bakıda ərlə arvad öz evlərini əxlaqsızlıq yuvası etdilər: 30 manata…

Bakıda yaşadıqları evdə əxlaqsızlıq yuvası yaradan ər-arvad cinayət məsuliyyətinə cəlb edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, barələrində Cinayət Məcəlləsinin 244.2.2-ci (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılmış 49 yaşlı R. S. və həyat yoldaşı, 47 yaşlı N.S.-ə Nəsimi Rayon Məhkəməsində hökm oxunub.

Məhkəmədə bildirilib ki, ər-arvad daimi qeydiyyatda olduqları və yaşadıqları Nəsimi rayonu Xəqani küçəsindəki mənzili 2019-2022-ci illər ərzində mütəmadi olaraq saatlıq kirayə veriblər. Onlar evin yataq otağında cinsi əlaqədə olmaq üçün müraciət edənlərə şərait yaradaraq 30 manata kirayə veriblər. Ər-arvaddan hər hansı biri paytaxtda və ya yaxınlıqda olmadıqda onlardan biri müştərini digərinə istiqamətləndirirmiş.

Nəsimi Rayon Məkəməsi onları qeyd edilən maddə üzrə təqsirli bilib. R.-ə 2, həyat yoldaşına isə 1 il 6 ay müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button