Ölkə

Bakıda 20 heykəl restavrasiya ediləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi keçirilmiş və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa təmizləmə işlərinə başlanılıb.

“İşlərin yerinə yetirilməsində məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır. Bakı şəhərində iqlimin və təbii şəraitin aqressiv olduğunu nəzər alaraq, külək, yağış, günəş, toz və digər təbii təsirlərdən heykəllərdə rəng dəyişməsi, çirk qatı və ləkələr yaranır. Qeyd edilən problemlərin dərinləşməməsi üçün vaxtaşırı aparılmış monitorinqin nəticələrinə uyğun olaraq heykəllərin təmizlənməsi, xüsusi qoruyucu qatın çəkilməsi və bəzi heykəllərdə postament hissəsində dağılmış yerlərin bərpası məqsədəuyğundur. Abidələr şəhərimizin qonaqları üçün maraq kəsb edən yer olduğunu nəzərə alaraq onların təmizlənməsi və restavrasiya edilməsi qərara alınıb”, – məlumatda deyilir.

Milli.Az restavrasiyası nəzərdə tutulan heykəllərin siyahısını təqdim edir.

1. Ana və Uşaq

2. Boris Vannikov

3. Fikrət Əmirov

4. Həzi Aslanov

5. Mirzə Ələkbər Sabir

6. Qafur Məmmədov

7. Cəfər Cabbarlı

8. Nikola Tesla

9. Qara Qarayev

10. Rixard Zorge

11. Səməd Vuğun

12. 20 Yanvar Abidəsi

13. Hüseyn Cavid

14. Məhəmməd Füzuli

15. Nəriman Nərimanov

16. Dədə Qorqud

17. Albert Aqarunov

18. Gültəkin Əsgərova

19. Koroğlu Rəhimov

20. Azad Fəhlə

Qeyd edilib ki, heykəllərin restavrasiyası üçün dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcəkdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button