Ölkə

Bakıda 5 avtomobilin iştirakı ilə qəza baş verib, yaralılar var

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində beş avtomobil və bir motosiklet toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Zəncirvari qəza “Opel”, “Kia Rio”, “Nissan”, “Volkswagen”, “Toyota Prado” və motosikletin iştirakı ilə olub. Hadisədə motosikletin və “Volkswagen” markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button