Ölkə

Bakıda ağac 31 yaşlı kişinin üzərinə düşüb

Bakının Nərimanov rayonunda güclü külək zamanı ağacın budağı qırılaraq 31 yaşlı kişinin üzərinə düşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Araz Teyfuq oğlu Şüyüflü səkidə hərəkət edərkən güclü külək ağacın iri budağını qoparıb. Budaq T.Şüyüflünün üzərinə düşüb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, T.Şüyüflü almacıq və topuq sümüyünün sınığı, o cümlədən qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button