Ölkə

Bakıda “ağac soyqrımının” qarşısı alındı

Sosial şəbəkələrdə yayılan fotolarda Bakıda ağacların qanunsuz yolla kəsilməsi halları müəyyən olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın aldığı məlumata görə, tikinti şirkəti tərəfindən Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində qanunsuz olaraq ağacların kəsilməsinə dair görüntülər yayılıb. “Yaşıl vadi” adlandırılan məhəllədə ağaclar budanma adı ilə məhv edilib və kökündən çıxarılıblar.

Sözügedən mövzu barədə saytımıza “Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı” birliyindən verilən məlumatda deyilir ki, həmin əraziyə idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq baxış keçirilib.  Əvvələr də birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cins ağacların qeyri-qanuni olaraq məhv edilməsi halları müəyyən edilmişdir.

Bununla bağlı birlik tərəfindən aktlar tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024 -ci il tarixlərində aidiyyatı üzrə hüquq – mühafizə orqanlarına göndərilib.

Sözügedən fotoları təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button