Ölkə

Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI

Bakıda 4 azyaşlı uşaq küçəyə atılıb. Uşaqların anası tərəfindən tərk edildiyi iddia edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaqlar 3 gün öncə 23-cü Polis Bölməsi tərəfindən aşkarlanıb: “Tibbi müayinə məqsədi ilə uşaqlar Qarayev adına xəstəxanaya yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilib. Onların üçü təxminən 14, 5, 4 yaşlarındadır, ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib…” 

Böyük qız əvvəllər Mingəçevirdə yaşadığını, anasının adının Günay, atasının Asim, nənəsinin Nəcibə, özünün isə Günəş olduğunu bildirib. 

Uşaqların heç bir sənədinin olmadığı, daha əvvəl Xırdalanda yaşadıqları ehtimal olunur. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button