Ölkə
Bakıda avtomobil 8 yaşlı uşağı vurub
Bakının Xətai rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü F.İsalı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun