Ölkə

Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin Yaranması Haqqında Bəyannamə imzalandı

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən bir sıra dövlətlərin rəsmi nümayəndələrin iştirakı ilə Bakıda keçirilən I Qurultayının yekunlarına dair Beynəlxalq Azadlıq Cəbhəsinin Yaranması Haqqında Bəyannamə imzalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədi qurultay iştirakçısı olan 14 müstəmləkə dövlətinin təmsilçiləri imzalayıblar.

Sənədin müddəaları və digər təfərrüatlar barədə mərasimdən sonrakı mətbuat konfransında ətraflı məlumat veriləcəyi qeyd edilib.

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.

İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid Cəbhənin Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

Qurultayda iştirak edən 17 Fransa və Niderland kaloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzaladılar. Həmçinin, iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqlədilər.

Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb və Azərbaycana minnətdarlıq ifadə olunub.

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilmiş, bu xüsusda, Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa Hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılmışdır.

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın – vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Hazırda müstəmləkə altında yaşayan digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirməyə və öz müqəddəratlarını təyin etmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və Gündəliyinin hazırlanması və beynəlxalq təşkilatlara təqdim etmək edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button