Ölkə

Bakıda bina çökdü, ev sahibi uçqunda qaldı

Bu gün səhər saatlarında Bakıda uçqun baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə konkret.az-a Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.

Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.

Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.

Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button