Ölkə

Bakıda bu ərazidə evlər söküləcək

Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamsı söküləcək.

Milli.Az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Ərazidəki evlərlə yanaşı iaşə obyektləri də sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara başlanılıb.

Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev vəya kvadrat metrə uyğun kompensasiya təklif edir.

Amma, hələki şirkətlə razılığa gəlməyənlərdə var.

Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki,  Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında “Fəxri” MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən ibarətdir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button