Uncategorized

Bakıda bu ərazidə evlər sökülür – Sakinlərə 5 min manat kompensasiya veriləcək? – VİDEO

Paytaxtın “Kubinka” və “Papanin” kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur başlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, sakinlərin bir çoxu razılığa gəlsə də, lakin ərazidə yaşayan bəzi vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilməyib. Bu isə ərazidə çoxmərtəbəli binaların inşaası prosesini ləngidir.

Tikinti şirkətindən ATV-yə bildirilib ki, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 310 ailədən 215-i ilə razılıq əldə olunub.

Oxşar vəziyyət Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə də qeydə alınıb. Bu ünvanda da 230 sakindən 185-i ilə müqavilə bağlanılıb. Bəzi sakinlərlə müqavilə bağlanmamasının səbəbi mənzillərinin dəyərindən artıq kompensasiya tələb etmələridir.

Qeyd edək ki, adı çəkinlən ünvanlardakı yeni mənzilin bazar qiyməti hər kvadrat üçün 2 min manat olsa da, sakinlər 4-5 min pul tələb edirlər.


Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button