Ölkə

Bakıda bu kafe əxlaqsızlıq yuvası imiş

Bakı şəhər Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Kəpəz” adlı motel-kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami RPİ tərəfindən bu ilin may ayında keçirilən əməliyyatdan sonra kafenin icarədarı Şəfiqə Rüstəmova və oradakı şəxslər saxlanılıb. İzahatları alındıqdan sonra saxlanılan şəxslər sərbəst buraxılıb, həmçinin icarədar haqqında Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinin materialları bir neçə gün əvvəl Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə 1973-cü il təvəllüdlü Şəfiqə Rüstəmovanın ikimərtəbəli obyektin 1-ci mərtəbəsini kafe, 2-ci mərtəbəsini isə motel kimi işlətməsi bildirilib. O, moteldəki otaqları 12-15 manat müqabilində fahişəliklə məşğul olan şəxslərə icarəyə verirmiş.

Məhkəmənin hökmü ilə ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzası verilib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button