Ölkə

Bakıda bu qadın sevgilisini öldürməkdə ittiham olunur

Bakıda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Samir İsrafilovu qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işinin məhkəmə istintaqı başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Müdafiəçi müvəkkili barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırsa da məhkəmə qısa müşavirədən sonra vəsatəti qəbul etməyərək cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button