Ölkə

Bakıda çoxmərtəbəli bina sakinləri qorxu içində saxlayır

Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən bina təhlükə ilə üzləşə bilər. Ona görə də həmin binanın sakinləri narahatdırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar yaşadıqları binanın hər an təhlükə ilə üzləşə biləcəyini deyirlər.

Səbəb isə yaxınlıqda tikilən çöxmərtəbəli binadır. Sakinlər bildirir ki, iki binanın arasındakı məsafə tədricən itir. Əslində, əvvəldən ara məsafəsi saxlansa da, sonradan həmin ərazinin girişinə darvaza qoyulub. Sakinlərin narahatlığı da elə bu dəhlizlə bağlıdır.

Sakinlərin sözlərinə görə, iki binanın arasında MTK-nın su təchizatını təmin edən çənin yerləşdirilməsi planlaşdırılır.

Sözügedən binanın məxsus olduğu “Konsul” MTK-nın nəzarətçisi deyib ki, aparılan işlər qanunidir. Çəni qoymaq istədikləri yerdə isə vaxtilə fərdi yaşayış evi olub. Daha sonra həmin ərazi də MTK tərəfindən alınıb.

Proseslərin qanuni olub-olmaması, sənədlərin düzgünlüyü və nəzarətin necə həyata keçirildiyini öyrənmək üçün Fövqəladə Hallar Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hər iki qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button