Ölkə
Bakıda doğum evində yaxınlığında dəhşətli yanğın
Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.
FHN-dən “Report”a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun