Ölkə
Bakıda evdən 12 minlik qızıl oğurladılar
Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun