Uncategorized

Bakıda FİDE Dünya Kuboku start götürüb – FOTO

Marriott Boulevard otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarış böyük maraq doğurub, oyunların gedişini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov izləyirlər.

Bakıda keçiriləт FİDE Dünya Kubokunda açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı iştirak edir. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.

Azərbaycanı bu turnirdə 17 şahmatçı təmsil edir: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva.

FİDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button