Uncategorized

Bakıda Formula 1 günləri hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BSH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Turab Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, 24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerina Giriş İcazəsi” əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər.” – deyə T.Teymurov bildirib.

BŞH-nın sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Vətəndaşlar “Yaşayış Yerinǝ Giriş İcazə” sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1-Buraxılışın paylanma məntəqəsi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

Zona 2-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

Zona 3-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58

İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85 Qeyd edək ki, “Yaşayış Yerina Giriş icazəsi”nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button