Mədəniyyət

Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı sərgi açılıb

Bakı Gənclər Mərkəzində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının nəzdində olan “Art School” incəsənət məktəbinin şagirdlərinin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgi açılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sərgi Bakı Gənclər Mərkəzinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalının çərçivəsində təşkil olunub. Sərginin açılışında çıxış edən “Art School” incəsənət məktəbinin direktoru, ekspozisiyanın kuratoru Sona Quliyeva qeyd edib ki, sərgidə 8-15 yaş arası gənc rəssamların 30 tablosu təqdim olunub.

“Gənc müəlliflərin tabloları Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, ölkəmizin tarixi, mədəniyyətinə həsr olunub. İncəsənət əsərlərinin müəllifləri onları bir neçə ay ərzində yaradıblar. Təqdim olunmuş əsərlər parlaq, rəngarəng, dərin məzmunludur. Gənc rəssamlar fikirlərini və hisslərini əks etdirən gözəl əsərlər

yaradıblar”, – deyə o vurğulayıb.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Mərkəzin fəaliyyəti və tədbirlərindən, reallaşdırdığı layihələrdən danışıb.

“Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədovun məlumat verdiyi kimi, sərgi Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalının çərçivəsində təşkil olunub.

“Festival çərçivəsində bir sıra tədbir və sərgilərin keçirilməsi nəzərdə tutulur.

“Arts Council Azerbaijan” öz fəaliyyətində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətinin, estetik zövqünün inkişafına böyük diqqət yetirir, eləcə də geniş ictimaiyyəti onların əsərləri ilə tanış edir. “Art School” incəsənət məktəbinin şagirdlərinin işlərindən ibarət sərgilər təkcə Azərbaycanda deyil, həm də ölkəmizdən kənarda da keçirilib”, – deyə Dadaş Məmmədov vurğulayıb.

Tədbirin sonunda sərginin iştirakçılarına sertifikatlar təqdim olunub.

“Arts Council Azerbaijan” QHT-nin layihəsi olan “Art School” məktəbi 2010-cu ildən fəaliyyət göstərir və gənc istedadlı rəssamların yaradıcılıq potensialının inkişafı məqsədi ilə yaradılıb. Məktəbin direktoru Sona Quliyevadır.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button