Ölkə
Bakıda hündürmərtəbəli binada yanğın olub
Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 15-ci mərtəbəsində qeydə alınıb.
Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib, yanğın qısa zamanda söndürülüb.
Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçiriblər.
Milli.Az