Ölkə
Bakıda keçmiş məhkum öldürüldü – Şübhəli şəıxs saxlanıldı

Bakıda 51 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Səyavuş Nəriman oğlu Abbasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
——–
18:03
Nəsimi rayonunda 51 yaşlı keçmiş məhkum Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Milli.Az