Ölkə

Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR

Bakının kirayə mənzil bazarında bahalaşma davam edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, rieltorlar deyirlər ki, tələbatın ilbəil artması kirayə bazarında qiymətlərin də bahalaşmasına səbəb olur.

Bəs qiymət artımı tendensiyası davam edəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş binalar söküldükcə oranın sakinləri də kirayə mənzil bazarına üz tuturlar. Odur ki, belə vəziyyət qiymətlərə təsir edə bilir. Bu proses 2016-cı ildə başlayıb və hələ də davam edir.

Ekspertin sözlərinə görə, qiymətlər hər il müəyyən qədər artır. Yeni tədris ilinin başlaması da kirayə bazarındakı artımın səbəblərindən biridir. 

Ekspert hesab edir ki, tələbat artdığından yaxın gələcəkdə paytaxtın mərkəzə yaxın ərazilərində münasib qiymətə kirayə mənzil tapmaq daha da çətin olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button