Ölkə

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button