Ölkə

Bakıda məşhur restoran BAĞLANIR? – FOTO

Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon Palace” şadlıq sarayının bağlanacağı bildirilir. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edilir ki, restoran Rövşən Lənkəranski qətlə yetirildikdən sonra qardaşı Namiq Canıyevə qalıb. Şadlıq sarayının bir müddətdir fəaliyyət göstərmədiyi bildirilir.

Milli.Az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir və restoran hələ də öz fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, mediada yazılan məlumatlara görə, “Neon” restoranı Türkiyədə öldürülən kriminal avtoritet Rövşən Lənkəranskiyə məxsus olub. O öldürüldükdən sonra restoran Rövşənin qardaşının nəzarətinə keçib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button