Uncategorized
Bakıda magistral su kəməri partladı – Ətrafı su basıb
Bakıda magistral su kəmərində qəza baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.
Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb.
Bakıda magistral su kəmərində qəza baş verən əraziyə qəza briqadası göndərilib.
Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
“Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub”, – deyə o, əlavə edib
Milli.Az