Ölkə

Bakıda marketdə saxta alkoqollu içkilər aşkarlandı

Bakıda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər aşkarlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 139 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Amin Maaruf Okba oğluna məxsus “Kamran” marketdə plandankənar yoxlama keçirilib.

Baxış zamanı ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 6 ədəd 1 litrlik və 11 ədəd 0.7 litrlik “Nemiroff Vodka”, 2 ədəd 1 litrlik, 1 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Olmeca Tequila Blanco”, 1 ədəd 0.7 litrlik “Olmeca Gold Tequila”, 1 ədəd 1 litrlik “Sierra Tequila”, 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik “Jagermeister” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi və orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Həmçinin, içkilərə dair müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button