Ölkə

Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindəki tuneldə qeydə alınıb.

Belə ki, yüksək surətlə hərəkətdə olan mopedin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpıb.

Hadisə nəticəsində mopedin sürücüsü ağır xəsarət alıb. O, əraziyə çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan moped sürücüsü reanimasiya şöbəsinə aqonal vəziyyətdə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri evakuasiya edilib. Araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button