Ölkə
Bakıda övladını satışa çıxaran ana ilə bağlı yeni məlumat
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun