Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edib

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edib

Azərbaycana gələn Pakistan vətəndaşları həmyerliləri tərəfindən qarət olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Pakistan vətəndaşları – 2003-ci il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət ediblər. Onlar bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-ci il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə kirayədə yaşadıqları, Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 06.11.1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı 15 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Milli.Az 

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir