Uncategorized

Bakıda piyada keçidində dəhşətli qəza – VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntülərini yayıb.

NİİM-dən Milli.Az-a bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, – NİİM-dən bildirilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button