Ölkə
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 42 yaşlı kişini “Hyundai” markalı minik avtomobili vurub.
Daha sonra piyada “Renault” markalı minik avtomobilinə dəyib. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun