Ölkə

Bakıda polis maşını yandı

Bakıda polisin xidməti avtomobilində alışma baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Milli.Az-a bildirib ki, Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma olub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə, alışma mühərrikxanada qısaqapanmadan yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button