Ölkə

Bakıda PULSUZ çimərliklər – Bu avtobuslarla getmək olar

Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.

Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.

Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:

Sahil Çimərliyi (Lökbatan)

  • Yerləşdiyi Qəsəbə: Lökbatan
  • Gediş Yolları: 125, 139, 149 nömrəli avtobuslar

Buzovna Çimərliyi

  • Yerləşdiyi Qəsəbə: Buzovna
  • Gediş Yolları: 171, 172 nömrəli avtobuslar

Novxanı Çimərliyi

  • Yerləşdiyi Qəsəbə: Novxanı
  • Gediş Yolları: 123, 125, nömrəli avtobuslar

Görədil Çimərliyi

  • Yerləşdiyi Qəsəbə: Görədil
  • Gediş Yolları: 172 nömrəli avtobuslar

Pirşağı Çimərliyi

  • Yerləşdiyi Qəsəbə: Pirşağı
  • Gediş Yolları: 171, 172 nömrəli avtobuslar

Şıx Çimərliyi

  • Yerləşdiyi Rayon: Səbail
  • Gediş Yolları: 125, nömrəli avtobuslar

Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button