İdman

“Bakıda qazandığım qələbə karyeramdakı ən vacib anlardan biridir”

Bakıda qazandığım qələbə karyeramdakı ən vacib anlardan biridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Bakıda qadınlar arasında keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi rusiyalı Aleksandra Qoryaçkina jurnalistlərə açıqlamasında deyib.

Öz çıxışını dəyərləndirən Qoryaçkina qarşıda onu gözləyən yarışlardan da söz açıb: “Hər şey əla idi. Bakıda qazandığım qələbə karyeramdakı ən prestijli və vacib anlardan biridir. Açığı, dünən oyun vaxtı çətin vəziyyətə düşmüşdüm və xilas olacağıma inanmırdım. Amma rəqibim bəzi səhvlər etdi. Hərdən belə möcüzələr də olur. Qarşıda məni “Grand Swiss” turniri gözləyir. Amma viza məsələsi ilə bağlı zəmanət verilmir. Yaşayarıq, görərik”.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button