Ölkə

Bakıda satışa çıxarılan qiyməti 10 milyonlarla ölçülən villaları dəyərli edən nədir?

Paytaxt Bakıda villa əmlak saytlarının birində 15 milyon manata satışa çıxarılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Tbilisi prospektinin yaxınlığında yerləşən mülkün 36 sot həyətyanı sahəsi mövcuddur. Satışa çıxarılan villanın ümumilikdə 10 otağı, böyük hovuzu, ofis və böyük zalı var.

“Bəs bu sadaladıqlarımız 15 milyon edirmi?”

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, bu kimi tikililər əsasən torpaq sahəsinə görə baha qiymətə satılır.

Ekspert deyir ki, villanın sahəsinin 36 sot olduğunu nəzərə alsaq, mülkün ümumi dəyərinin təxminən yarısı torpaq sahəsinin payına düşür.

Ramil Qasımzadə bildirib ki, bakıda bahalı torpaq sahələri Nəsimi, Nərimanov və Səbail rayonlarında yerləşir. Bu rayonlarda torpağın 1 sotu 300- 650 min manat arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button