Ölkə

Bakıda saxta 20 manata üstündə dava

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, iki nəfər meyvə satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Namazəliyəv Elçin Yavər oğluna aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.

E. Namazəliyev pulun saxta olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.

Nəticədə mübahisə qanla bitib, E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button