Ölkə
Bakıda sosial sığınacaqda qadın bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.
Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Milli.Az