Ölkə
Bakıda su quyusunda qadın meyiti tapıldı

Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa” şəhərciyində su quyusunda 1964-cü il təvəllüdlü Aygün Həsənovanın meyiti aşkarlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, o, adıçəkilən şəhərcikdə yaşayırmış.
Meyit tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az