Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü – VİDEO

Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO

Bu gün sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, metronun “Əcəmi” stansiyası yaxınlığında lentə alınmış görüntülərdən avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Milli.Az-a bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə ola dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinədə maddi ziyan dəyib.

“Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək.

Milli.Az 

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir